Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük gəmi mühərriki "Ginnesin rekordlar kitabı"na daxil edilib - VİDEO

“WinGD 12X92DF” ikiyanacaqlı dəniz mühərriki dünyanın ən güclü daxili yanma mühərriki (Otto dövrü) kimi “Ginnesin rekordlar kitabı"na salınıb.

“Seanews.az” xəbər verir ki, 2,1 min ton ağırlığı olan mühərrik dəqiqədə 80 dövr edə bilir və 63,8 min kVt gücə malikdir.

Çinin “CSSC” zavodunda inşa edilən mühərrik konteyner gəmiləri üçün nəzərdə tutulub. Mühərrikin idarəetmə sistemi məsafədən idarəetmə üçün xüsusi “ağıllı” izləmə və nəzarət platformasına malikdir.

“CMA CGM” şirkətinin 23 min TEU tutumlu yeni və tikilməkdə olan konteyner gəmiləri bu cür güclü mühərriklərlə təchiz edilib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır