

"COVİD-19" əleyhinə peyvəndin logistikası üçün terminal inşa ediləcək
Panama Kanalı Panama Limanları Şirkəti (PPC) və “PSA International” şirkətinin Panama şöbəsi Latın Amerikasına "COVID-19" əleyhinə peyvəndin tədarükü yollarını optimallaşdırmaq üçün memorandum imzalayıb.
“Seanews.az” xəbər verir ki, memoranduma əsasən, layihə iştirakçıları COVID-19 peyvəndinin bölgələrə paylanılması üçün logistika mərkəzi yaratmağı planlaşdırırlar.
Hazırda Panama Kanal İdarəsi əlavə peyvənd anbarlarının tikilməsini, hər iki terminalın elektrik enerjisi ilə təmin olunmasını və onlara giriş yollarının yaradılmasını nəzərdən keçirir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır