Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

İstanbul hövzələrində sululuq səviyyəsi ən az həddə çatıb

İstanbulu su ilə təmin edən su hövzələrində sululuq səviyyəsi son 15 ilin ən aşağı həddinə çatıb.

AZƏRTAC xəbər verir ki, İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) rəsmi internet səhifəsindəki son məlumatlara əsasən, bu hövzələrin hazırkı doluluq səviyyəsi 22,15 faizdir. Bu rəqəm cari ilin sentyabrında 39,6, oktyabrında isə 30,89 faiz təşkil edib.

İstanbulu su ilə təmin edən hövzələrin maksimum yığım həcmi 868 milyon 683 min kubmetrdir. Lakin buna baxmayaraq, hazırda bu hövzələrdə su miqdarı 185,82 milyon kubmetrdir. İstanbulda gündəlik orta hesabla 2,8 milyon kubmetr su istifadə edilir. Hövzələrdəki su miqdarı bölgələrə görə dəyişir.

Mütəxəssislər bunu cari ildə ölkə ərazisində havaların quraq keçməsi və yağıntının az olması ilə izah edirlər.

Şəhərdə analoji vəziyyət 2002-2003-cü illərdə də müşahidə olunmuşdu.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır