Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Kruiz gəmisi koronavirus xəstəsinə görə geri qayıdıb

“Heç yerə” təhlükəsiz kruiz səfərinə çıxan “Quantum of the Seas” layneri vaxtından əvvəl Sinqapur limanına qayıdıb. Belə ki, gəminin göyərtəsində 83 yaşlı sərnişinə koronavirus diaqnozu qoyulub.

Bu barədə “Straits Times” xəbər verib.

Səfər dörd günlük planlaşdırılsa da, layner kruizin üçüncü günündə limana qayıdıb. Yoluxmuş sərnişin və onunla təmasda olan heyət üzvləri təcrid olunub. Eyni zamanda, ekipaj üzvləri koronavirus üçün PZR testi keçiblər, cavablar mənfi olub.

Qeyd edək ki, “Royal Caribbean” “Heç yerə təhlükəsiz səfərlər” test proqramı başladıb. Layihəyə əsasən, gəmi marşrut zamanı heç bir limana daxil olmur. Eyni zamanda, laynerin yalnız yarısı dolur, bütün sərnişinlər minməzdən əvvəl COVID-19 testindən keçirlər və gəmidə sanitariya normalarına ciddi əməl olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır