• Bakı, 2020-09-29,
Seanews
Heyder Eliyev

İtaliyada limanda partlayış olub

Ötən gün gecə saatlarında İtaliyanın Ancona şəhərində yerləşən limanda partlayış baş verib. Partlayış güclü yanğına səbəb olub və qısa müddətdə geniş ərazini əhatə edib.

"Seanews.az" xəbər verir ki, hadisə nəticəsində xeyli sayıda anbar və yük maşını yarasız hala düşüb.

Hadisə yerinə 16 yanğınsöndürən maşını cəlb edilib. Yanğının qarşısı alınıb. Hazırda hadisənin səbəbi araşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır