Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Alimlәr: ‘‘30 ildə 28 trilyon ton buz əriyib’’

1994-cü ildәn 28 trilyon ton buz әriyib.

"Seanews.az" xəbər verir ki, bu barәdә  Leeds vә Edinburq universitetlәrinin Londondakı alimlәri mәlumat veriblәr. 

Alimlər əriyən buzlaqların miqdarının artmasının günəş işığının əks olunmasını əhəmiyyətli dərəcədə azaldacağını və nəticədə dənizin və torpağın istiləşəcəyini, bu sәbәbdәn dә  qlobal istiləşmənin daha da sürətlənə biləcəyini vurğulayıb.

Leeds Universitetinin Buzlaqlara Nәzarәt Mərkəzinin direktoru  professor Andy Shepherd  dəniz suyunun səviyyəsinin hər santimetr yüksəlməsinin təxminən bir milyon insanı evsiz buraxa biləcəyi ilә әlaqәdar xәbәrdarlıq edib.

Qeyd edәk ki, mütəxəssislərin mәlumatı  İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneli (IPCC) tәrәfindәn açıqlanan ən pis ssenari proqnozları ilә üst-üstә düşür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır