Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Qrenlandiyada rekord həcmdə buz əriyib

Qrinlandiya buz qatında ötən ildə rekord göstərici olan 532 milyard ton buz əriyib.

“Seanews.az” xəbər verir ki, bu göstərici 2012-ci ildə qeydə alınan əvvəlki rekordu 15 faiz üstələyir. Ötən il təkcə Qrinlandiya buzlarının əriməsi dünya okeanı səviyyəsinin 1,5 mm qalxmasına gətirib çıxarıb.

Beləliklə, Antarktidadan sonra dünyanın ən böyük buz saxlancı olan Qrinlandiya buz qatında dayanıqlı ərimənin getdiyi göz qabağındadır. Bunun nəticəsində okeanın xeyli qabaracağı, yüz milyonlarla əhalinin yaşadığı ərazilərin su altında qalacağı bildirilir.

Alimlərin fikrincə, Qrinlandiya buz qatının əriməsi prosesi “qırmızı xətti” keçib, yəni hətta dünya iqliminin isinməsi dayansa belə, əriməyə davam edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır