Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Koronavirusa baxmayaraq yaxta sifarişində artım olub

Lüks yaxta istehsalında dünyada önəmli rol oynayan Antaliya Sərbəst Bölgəsində 2000-ci ildən indiyədək 1,2 milyard dollar dəyərində 460 yaxta istehsal edilib.

"Seanews.az" xəbər verir ki, bu barədə Antaliya Sərbəst Bölgə İşlətmə və Sərmayə Anonim Şirkətinin (ASBAŞ) baş direktoru Zeki Gürses məlumat verib. O bildirib ki,  bölgədə 56-sı yerli olmaqla, 83 firma faəliyyət göstərir. Bunlardan 45-i sırf yaxta istehsalı ilə məşğuldur.

"Bölgədə 2019-cu ilin sonunadək 442 yaxta istehsal olunmuşdusa, bu il idaha 18 yaxta əlavə edilib və ümumi say 460 olub. Bu yaxtaların ümumi satış dəyəri təxminən 1,2 milyard dollardır"-deyə, Zeki Gürses əlavə edib. 

Baş direktor onu da qeyd edib ki, bu il koronavirus (Covid-19) probleminə baxmayaraq, yaxta sifarişində artım olub. Antaliyadakı firmalar İtaliyadan İngiltərə, Amerika Birləşmiş Ştatları, Rusiya, Hollandiya, Birləşmiş Ərəb Əmirliklərinə qədər bir çox ölkədən sifariş alıb

Məlumat üçün deyək ki, dünyada yaxta istehsalında İtaliya bir, Hollandiya iki, Türkiyə isə üçüncü sıradadır. 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır