Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Amerikalı dənizçilərin səfər müddəti pandemiya ucbatından rekord həddə uzanıb

ABŞ-a məxsus "USS Dwight D. Eisenhower" və "USS San Jacinto" hərbi gəmilərinin səyahət müddəti pandemiya səbəbindən 206 gün çəkib. Yaxın Şərqdə missiya həyata keçirən gəmilərin planını koronavirus pandemiyası pozur. Heç bir limana yan almamaqla kapitanlar heyətlərin sağlamlığını və təhlükəsizliyini qoruyub saxlaya bilir. 7 aya yaxın səfərdən sonra gəmilər avqustun 10-da vətənə qayıda biliblər.

"Seanews.az" xəbər verir ki, gəmilər cari ilin yanvarın 17-də səfərə çıxan zaman Covid-19 virusu dünyaya yenicə yayılmağa başlamışdı. Atlantik okeanı keçib Aralıq dənizinə daxil olan zaman virus artıq əsl təhlükəyə çevrilmişdi. Bu səbəbdən martın 5-də donanmanın vitse-admiralı Cim Malloy gəmilərə xarici limanlara yan almağı qadağan edir.

Mayın 14-də sözügedən hərbi gəmilərin heyətləri 100 gündən sonra ekvatoru keçir. İyunun 25-də gəmilər heç bir limana yan almadan, açıq dənizdə 161 gün qaldıqdan sonra geriyə dönür və avqustun 10-da vətənlərinə çatırlar.

Dənizdə qaldıqları 7 aya yaxın müddətdə gəmilərə qidaların çatdırılması xüsusi təyyarələr vasitəsilə həyata keçirilirdi. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır