Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

“K-Line” şirkəti gəmini çərpələng vasitəsilə idarə edəcək

“K-Line” və “Airseas” şirkətləri havada “Seawing” adlı çərpələngi işə salmaq üçün “ClassNk” təsnifat şirkətindən xüsusi icazə əldə edib.

"Seanews.az" xəbər verir ki, “Seawing” – küləyin gücünü hərəkət enerjisinə çevirən bir sistemdir. “Seawing” gəminin burun hissəsinə quraşdırılır. Xüsusi materialdan hazırlanmış qurğu külək vasitəsilə avtomatik olaraq işə başlayır. Çərpələng gəmiyə xüsusi texnologiya ilə hazırlanmış tros vasitəsilə bərkidilib. Sistem real vaxt rejimində məkanın meteoroloji göstəricilərini və hidroloji məlumatlarını toplayaraq gəmiyə ötürür.

Sözügedən sistemin ilk olaraq “K-Line” şirkətinə məxsus quru yük gəmisinə quraşdırılması planlaşdırılır. Sistemin Avstraliya və Yaponiya arasında yükdaşıma əməliyyatı həyata keçirən gəmiyə 2021-ci ildə quraşdırılması gözlənilir.

Layihə rəhbərlərinin fikrincə, “Seawing” sistemi gəminin maddi xərclərinin 20% azalmasına xidmət edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır