Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“Hyundai” Yeni Zelandiya donanmasının ən böyük gəmisini inşa edib

Cənubi Koreyanın “Hyundai Heavy Industries” şirkəti Yeni Zelandiya Hərbi Dəniz Qüvvələrinin sifarişi əsasında logistik dəstək gəmisi inşa edib.

"Seanews.az" xəbər verir ki, Cənubi Koreyanın Ulsan şəhərindən 15 gün əvvəl yola salınan HMNZS “Aotearoa” (A 11) adlı gəmi iyunun 26-da Yeni Zelandiyanın Oklend limanına çatıb.

“Aotearoa” gəmisinin iyulun sonunda rəsmi istifadəyə veriləcəyi gözlənilir. 

Məlumatda o da qeyd olunub ki, “Aotearoa” gəmisi Yeni Zelandiya HDQ-nin donanmasında yer alan ən böyük gəmi olacaq. Gəminin uzunluğu 173.2 metr, su basımı 26000 ton təşkil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır