Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

“Pyotr Velikiy” kruiz gəmisi 2021-ci ildə istismara veriləcək

Həştərxan əyalətinin “Lotos” gəmiqayırma zavodunda inşa edilən “Pyotr Velikiy”  kruiz gəmisi 2021-ci il də istismara veriləcək.

"Seanews.az" xəbər verir ki, gəminin inşası əvvəlcədən planlaşdırılmış qrafik üzrə gedir. 

Cari il aprelin əvvəlində “Lotos” və “Krasnıye Barrikadı” gəmiqayırma zavodlarında mövcud pandemiya rejimi ilə əlaqədar olaraq gəmilərin inşası dayandırılmışdı.

PV300VD layihəli 300 nəfərlik kruiz gəmisinin inşasına 2016-cı ilin avqust ayında Rusiya Federasiyasının prezidenti Vladimir Putinin iştirakı ilə start verilib.

Dörd göyərtədən ibarət olan gəmi beş ulduzlu mehmanxanaya uyğun tikiləcək. Gəmidə restoran, idman zalı, spa və saunalar mövcud olacaq. Bu sinfə uyğun olan gəmilər Rusiyada 60 ildən çoxdur tikilmirdi.

Bir müddət əvvəl verilən məlumata görə, gəminin inşası 4.17 milyard rubla başa gələcək. Ötən ilin mayında gəminin interyerinin təmiri və texniki təchizat məqsədilə suya buraxılıb. Gəminin sınaq üzüşləri bu ilin sonuna planlaşdırılır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır