Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Xəzərin bu hissəsində çimərliklər açılır

İranın şimalında yerləşən Mazandaran vilayətində 4 iyundan Xəzər dənizi çimərlikləri turistlər üçün açılacaq.

Bunu İranın Mazandaran vilayəti valiliyinin ictimai və mədəniyyət məsələləri üzrə idarəsinin baş direktoru Əli Rəcəbi deyib.

Onun sözlərinə görə, İranın Koronavirusla Milli Mübarizə Komitəsi Mazandaran vilayətində çimərliklərin açılması ilə bağlı qərarın verilməsini valiliyə həvalə edib.

Valilik rəsmisi deyib ki, turistlər sadəcə çimərliklər üçün təyin olunan ərazilərdən istifadə edə bilərlər.

“İstirahət üçün Xəzər dənizinin sahillərini seçən turistlər koronavirusun yayılmasının qarşısının alınması ilə əlaqədar səhiyyə protokollarına və digər qaydalara riayət etməlidirlər”, – deyə o qeyd edib.

Rəcəbi əlavə edib ki, 15 sahil şəhərində səhiyyə protokolları əsasında fəaliyyətlər mərhələli şəkildə bərpa olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır