Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

"Fateh" Qara dənizə açılacağı günü gözləyir

Qara dənizdə xidmət göstərəcək “Fateh” qazma gəmisinin platforma sökmə işləri tamamlanıb.

“Fateh" Qara dənizdə başlayacağı qazma fəaliyyətlərindən əvvəl İstanbul Haydarpaşa Limanına üzmüşdü. Gəminin İstanbul boğazından keçə bilməsi üçün üzərində olan platformanın sökülməsi başlanmışdı. Haydarpaşa limanında lövbər atan gəminin platforma sökmə işləri neçə müddətdir davam edirdi. Mayın 25-də işlər başa çatıb.

Haydarpaşa limanından ayrılan “Fateh” qazma gəmisi Ahırkapı sahillərində qurudan təxminən 2 kilometr yarım aralıda lövbər atıb.

Gəmi yaxın günlərdə İstanbul boğazını keçərək Qara dənizə açılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır