Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

İranın 5 neft tankerindən birincisi Venesuela limanına çatdı

İranın 5 ədəd neft və neft məhsulları daşıyan tankeri Venesuela sahillərinə yaxınlaşır.

Rəsmi Karakas mənbələri artıq tankerlərdən birinin “Fortune” adlı gəminin Venesuela sularına daxil olduğunu bildirib.

Venesuela sularına girdikdən sonra tankeri hərbi gəmilər sahilə qədər müşayiət ediblər.

"Forest", "Faxon", "Petunia" və "Clavel" adlı digər 4 neft tanker də Atlantik okeanı ilə Venesuelaya doğru yola davam edir. Bu tankerlərdə ümumi 1 milyon 53 min barel maye yanacaq daşınır.

Qeyd edək ki, ABŞ mənbələri sanksiyalara məruz qalan Venesuelaya neftin daşınması və bu daşınmanın İran gəmilərilə həyata keçirilməsi haqda xəbərdarlıq etmiş, Atlantik Okeani və Karaib dənizi istiqamətində hərbi gəmilər ezam etmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır