Quru yük gəmisi darvazaya çırpılıb
Rotterdamdan Rostoka səfərə çıxmış Hollandiyaya məxsus “Rimini” quru yük gəmisi Brünbuetteldən Kil kanalına daxil olarkən şlüz darvazasına çırpılıb.
"Seanews.az" xəbər verir ki, həm gəmi, həm də darvaza ciddi zədələnib. Hadisədən sonra gəmi kanalın yaxınlığındakı sahilə aparılıb.
Hadisə nəticəsində yaralanan olmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır