Beynəlxalq Dəniz Təşkilatı iclasları təxirə salıb
Beynəlxalq Dəniz Təşkilatı (IMO) koronavirus pandemiyasının yayılması səbəbindən planlaşdırılmış iclasları təxirə salınıb.
İnsan faktoru, Təlim və Növbəçəkmə üzrə Alt Komitənin 1-5 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan 7-ci sessiyası; Texniki Əməkdaşlıq Komitəsinin 15-18 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan 70-ci sessiyası təxirə salınıb.
Bununla yanaşı, Beynəxalq Dəniz Təşkilatı tərəfindən Asanlaşdırma Komitəsinin 20-24 aprel 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan 44-cü sessiyasının, Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Komitəsinin 13-22 may 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan 102-ci sessiyasının, Məlumatların uyğunlaşdırılması üzrə Beynəlxalq Dəniz Təşkilatının Ekspertlərinin 27 aprel-1 may 2020-ci ildə tarixində keçirilməsi nəzərdə tutulan 2-ci iclasının, “Dəniz təchizatı zənciri üzrə dəniz limanlarında həyata keçirilən əməliyyatlara dair məlumat standartlarına vahid yanaşma” adlı 30 aprel 2020-ci il tarxində keçirilməsi nəzərdə tutulan dəniz limanı müşavirəsinin təxirə salınması haqqında qərar qəbul edilib.