1338 sərnişinin olduğu gəmi karantinə alınıb
Braziliyadan Portuqaliyaya gedən gəmi karantinə alınıb.
"Seanews.az" xəbər verir ki, karantinə alınan gəminin göyərtəsində müxtəlif ölkələrdən ümumilikdə 1338 sərnişin var. Hazırda gəmi Lissabon limanındadır və sərnişinlərin gəmini tərk etməsinə icazə verilmir. Bildirilir ki, onlar ətraflı yoxlamadan keçəndən sonra təxliyə ediləcək. Koronavirus şübhəsi olan şəxslər isə nəzarətə götürüləcək.
Qeyd edək ki, Portuqaliya hökuməti pandemiya səbəbiylə əcnəbilərin ölkəyə girişinə qadağa qoyub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır