• Bakı, 2020-08-03,
Seanews
Heyder Eliyev

“COSCO Shipping” İtaliyaya koronavirusla mübarizədə kömək edir

Çinin daşımaçılıq şirkəti “COSCO Shipping” İtaliyaya koronavirusla mübarizədə yardım edib.

“Seanews.az” xəbər verir ki, şirkət İtaliyaya ümumi dəyəri 65 min dollar olan 50 min maska və 200 xüsusi qoruyucu tibbi kostyum göndərib. Artıq sözügedən tibbi vasitələr Şanxaydan təyyarə ilə yola salınıb.

“COSCO Shipping”-in məlumatına əsasən, yanvar-fevralda şirkət koronavirus şəraitində həyati fəaliyyəti təmin etmək üçün  daxili və xarici bazarlara 190 milyon ton yük, o cümlədən 50 milyon ton kömür, filiz, neft məhsulları və LNG daşıyıb. Bundan əlavə, martın əvvəlində şirkət 18,2 milyon maska, 2,3 milyon qoruyucu tibbi kostyum, 7,7 milyon cüt tibbi əlcək, 130 min ton digər tibbi və qoruyucu vasitələrin tədarükünü təmin edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır