• Bakı, 2020-04-10,
Seanews
Heyder Eliyev

"Royal Caribbean" bütün kruizləri dayandırdı

"Royal Caribbean" şirkəti yeni koronavirusun yayılması ilə bağlı aprelin 11-dək bütün dünyada öz gəmilərinin kruizlərini dayandırıb.

Bu barədə bu barədə şirkətin saytında yerləşdirilmiş xəbərdə deyilir.

"Royal Caribbean" ictimai səhiyyə ilə bağlı qlobal vəziyyətə görə, bazar günü gecə yarısından etibarən bütün donanmasının dünya üzrə fəaliyyətini müvəqqəti olaraq dayandırmaq qərarına gəlib. Hazırda həyata keçirilən bütün kruizləri başa çatdıracaq və sərnişinlərə evə qayıtmağa kömək edəcəyik", - deyə şirkət bildirib.

"Royal Caribbean" 11 apreldə kruizlərini bərpa etməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır