Türkiyənin üçüncü qazma gəmisi Mersinə çatıb
Türkiyənin üçüncü qazma gəmisi Taşucu Mersin sahilində lövbər atıb. Gəmiyə “Kanuni” adı verilib.
"Seanews.az" xəbər verir ki, bu barədə Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönməz Twitter hesabında yazıb. O bildirib ki, koronavirusla əlaqədar hələlik gəminin hərəkətinə icazə verilməyəcək. Virus təhlükəsi aradan qalxdıqdan sonra gəminin təmiri, yenilənməsi və təkmilləşdirilməsi prosesi başlayacaq.
Bu gəmi Şərqi Aralıq dənizində karbohidrogen kəşfiyyatı və qazma işlərinə cəlb olunacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır