Estoniya kruiz gəmiləri üçün limanları bağlayır
Koronavirus səbəbindən kruiz gəmilərinin Estoniya limanlarına girişinə icazə verilməyəcək.
Buu barədə Estoniyanın Baş Naziri Yuri Ratas məlumat verib.
O bildirib ki, hökumətin qərarı ilə kruiz gəmilərinin ölkə limanlarına girişinə qadağa qoyulub. Qadağa mayın 1-dək qüvvədə olacaq. Bunun üçün ölkənin İqtisadiyyat və Rabitə Nazirliyinə müvafiq qətnamə hazırlamaq barədə tapşırıq da verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır