Taypey limanında iki gəmi toqquşub
Tayvanın Taypey limanına girmək istəyən “Godspeed” konteyner gəmisi onu müşayiət edən gəmi ilə toqquşub.
“Seanews.az” xəbər verir ki, hadisə nəticəsində konteyner gəmisində olan heyət üzvlərindən biri ölüb, digər gəminin isə kapitanı itkin düşüb.
Hazırda qəza ilə bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır