Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Koronavirusa görə onlarla kruiz şirkəti gəmi səfərlərini ləğv edib - SİYAHI

“Princess Cruises” şirkətinə aid “Diamond Princess” adlı gəmidə 454 nəfərin koronavirusa yoluxmasından sonra kruiz sənayesində böyük durğunluq yaşanır.

"Seanews.az" xəbər verir ki, bir çox şirkət ard-arda əksər səfərlərini təxirə salmaqla bağlı qərar qəbul edib.

“Princess Cruises” 20 səfərini təxirə salıb. Şirkətdən bildirilib ki, səfərlər qeyri-müəyyən vaxtadək aparılmayacaq. Ləğv olunmuş reyslərə görə isə müştərilərin ödənişləri tam geri qaytarılacaq.

“Royal Carıbbean” 18 səfərini ləğv edib. Şirkətdən bildirilib ki, virus Asiyada geniş yayılsa da, digər istiqamətlərdə olan rezarvasiyalarda da azalma qeydə alınıb. Bu səbəbdən səfərlərin ləğvi barədə qərar qəbul edilib.

“Norwegıan Cruıse Lıne” isə bütün kruiz səfərlərindən imtina edib. Şirkətdən bildirilib ki, aprel ayına qədər səyahətlər təxirə salınacaq.

Bununla belə, “Celebrity Cruises”, “P&O Cruises”, “Carnival Cruises” və “MS Westerdam Cruises” müxtəlif vaxtlar üçün çox sayda Çin və Asiya səfərlərini ləğv edib.

“New York Times”da yer alan xəbərdə bildirilib ki, koronavirus kruiz sektoruna 7 milyard dollar ziyan vuracaq.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır