Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

"Diamond Princess" gəmisi ilə səyahət edən 44 ABŞ vətəndaşında koronavirus aşkarlanıb

Yaponiyanın Yokohama dəniz limanında karantin altında saxlanılan “Diamond Princess” kruiz gəmisində səyahət edən 44 ABŞ vətəndaşında yeni növ koronavirus aşkar edilib.

Bu barədə “The Washington Post” amerikalı virusoloq, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçiyə istinadən məlumat yayıb.

Fauçi xəstəliyin yayılmasına qarşı mübarizə aparmaq üçün Ağ Evin rəhbəri Donald Tramp tərəfindən yaradılan xüsusi qrupun üzvüdür.

Onun sözlərinə görə, gəmidə təxminən 400 amerikalı olub. Birləşmiş Ştatlar öz vətəndaşlarının gəmidən təxliyəsinə başlayıb.

APA


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır