Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Daha bir kruiz gəmisində kütləvi xəstəlik

ABŞ-da Fort-Loderdeyldən Cənubi Floridaya gedən kruiz gəmisi “Caribbean Princess”də 345 sərnişin xəstəliyə tutulub.

NBC-nin yaydığı xəbərə görə, bu “Princess” şirkətinə məxsus gəmidə baş verən ikinci hadisədir.

Bildirilir ki, gəmi dörd min sərnişinlə fevralın 2-də iki həftəlik səyahətə çıxıb.

Sərnişinlərin xəstəliyə tutulması səbəbindən gəmi üç gün tez qayıdıb.

“Koronavirus mənşəli mədə-bağırsaq infeksiyası” olduğu təxmin edilən xəstəliyin hələlik dəqiq səbəbi bilinmir.

Xatırladaq ki, Yaponiyanın Yokohama şəhəri yaxınlığında karantində saxlanılan, şirkətə məxsus digər gəmidə  - “Diamond Princess”də koronavirusa yoluxanların sayı 218 nəfərə çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır