Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Yaponiyada karantinə alınan gəmidən ilk qrup təxliyə olunub

Koronavirus səbəbindən Yaponiyada karantinə götürülmüş “Diamond Princess” gəmisindən 11 nəfər təxliyə edilib. 

"Seanews.az" xəbər verir ki, bu barədə Yaponiya Səhiyə Nazirliyi açıqlama yayıb.

Həmin şəxslər Saitama əyalətində hökumət tərəfindən ayrılmış mərəkəzə aparılıblar.  Onlar çərşənbə gününə qədər burada qalacaqlar.

Son məlumata görə,  “Diamond Princess” kruiz gəmisində yeni koronavirusa yoluxanların sayı 218 nəfərə çatıb. Yoluxanlar arasında bir heyət üzvü və 29 Yaponiya vətəndaşı var.

Gəmidə hazırda ümumilikdə 3400 sərnişin və heyət üzvü olduğu bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır