• Bakı, 2020-02-28,
Seanews
Heyder Eliyev

Tailandda iki kater toqquşub

Tailandda katerlərin toqquşması nəticəsində ölən və yaralananlar olub.

Hadisə dənizdə Puket adasının sahilində baş verib.

Bildirilir ki, turist kateri ilə “ALP” şirkət katerinin toqquşmasına yüksək sürət səbəb olub. Hadisə nəticəsində turist katerində olan iki Rusiya vətəndaşı ölüb. Onlar 6 yaşlı qız və 12 yaşlı oğlan olublar. 20-dən çox turistin zədə aldığı bildirilib. Xilasedicilər yaralılara ilk tibbi yardım göstərdikdən sonra onlar xəstəaxanaya yerləşdirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır