Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Malayziya bu ölkələrdən gələn 150 gəmi konteynerini geri qaytarıb - SƏBƏB

Malayziya hakimiyyəti plastik tullantılarla dolu 150 gəmi konteynerini gəldiyi ölkələrə geri göndərib. Qaytarılan konteynerlər Fransa, Böyük Britaniya, ABŞ, Kanada, İspaniya, Yaponiya, Sinqapur, Portuqaliya, Çin, Banqladeş, Şri Lanka və Litvaya məxsus olub.

Bu barədə Malayziyanın Ekologiya naziri Yeo Bi İn məlumat verib. O bildirib ki, ölkəsinin dünya üçün "tullantı məkanı"na çevrilməsinə imkan verməyəcəklər:

 "Mövqeyimiz çox möhkəmdir. Malayziyanın bütün dünya üçün tullantı məkanı olmadığını açıq şəkildə bildirmək istəyirik" - deyə,Yeo Bi İn bildirib.

Hakimiyyət tullantıların ötürülməsi üçün bir qəpik də ödəməyib. Bütün xərcləri onların daşınmasına cavabdeh nəqliyyat şirkətləri qarşılayıb.

Yaxın vaxtlarda Malayziya daha 110 konteyner zibili "sahiblərinə" qaytaracaq. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır