• Bakı, 2019-12-13,
Seanews
Heyder Eliyev

“MSC Grandiosa” gəmisi ilk səfərinə hazırlaşır

Almaniyanın Hamburq şəhərində “MSC Cruises” şirkətinin istehsal etdiyi yeni kruiz gəmisinin adqoyma mərasimi keçirilib. Məşhur italyan aktrisası Sofi Lorenin açılış etdiyi gəmi “MSC Grandiosa” adlandırılıb.

Tədbir zamanı gəminin göyərtəsində və yan aldığı Elba adasının sahillərində müxtəlif şoular təşkil olunub.

Sözügedən gəmi “MSC Cruises” şirkətinin donanmasında ən böyük və ekoloji kruiz gəmisidir. Gəmi səfər zamanı 28% yanacağa qənaət etməyə imkan verən texnologiyalarla, həmçinin xüsusi sutəmizləyici sistemlə təchiz edilmişdir.

“MSC Grandiosa” gəmisi noyabrın 23-də Aralıq dənizi marşrutu – Genuya – Çivitavekkiya – Palermo – Valetta – Barselona – Marsel – Genuya  üzrə ilk səfərinə çıxacaq.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır