Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Çinin iki ən böyük gəmiqayırma zavodu birləşir

Çin Dövlət Şurası Aktivlərə Nəzarət və İdarəetmə Komissiyası (SASAC) ölkənin iki böyük gəmiqayırma zavodunun birləşməsini təsdiqləyib.

“Seanews.az” xəbər verir ki, bununla da,  “China Shipbuilding Industry Corp” və “China State Shipbuilding Corp” tərsanələri birləşməklə bağlı iyuldan bəri üzərlərində işlədikləri layihəyə daha bir addım yaxınlaşıb.

Birləşmə Çin gəmi istehsalçılarına gələcəkdə daha çox bazar payı qazandıracaq. Bu, həm də Cənubi Koreya, Yaponiya və Avropa rəqiblərinə qarşı rəqabətədavamlı fəaliyyət imkanı yaradacaq.

“China Shipbuilding Industry Corp” və “China State Shipbuilding Corp”  Çinin istehsal gücünə görə ən böyük gəmiqayırma zavodları sayılır.  Hər iki şirkətin ölkə daxilində çox sayda tərsanəsi var. Bu tərsanələrdə neft və qaz tankerlərindən tutmuş təyyarə daşıyıcılarına qədər hər cür gəmi inşa olunur.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır