Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Banqladeşdə iki gəmi toqquşub, 10 ton yanacaq sızıb

Banqladeşin Çittagong limanında 1200 ton dizel yanacağı daşıyan "DESH-I" adlı neft tankeri kiçik bir gəmi ilə toqquşub.

"Seanews.az" xəbər verir ki, qəzadan sonra çaya yanacaq sızmağa başlayıb. Ehtimala görə, çaya təxminən 10 tona yaxın dizel yanacağı dağılıb. 

Aidiyyatı qurumlar yerli sakinlər və xüsusi qayıqların köməkliyi ilə çirklənmənin qarşısını almağa başlayıblar.  

Hadisə ilə əlaqədar istintaq başladılıb.

1976-cı ildə inşa edilən "DESH-1" Banqladeş bayrağı altında üzür. Gəminin uzunluğu 61,13, eni 10 metrdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır