Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Yunanıstan sularında gəmi qayıqla toqquşub

Egey dənizində İstanköy adası yaxınlığında Yunanıstan Sahil Təhlükəsizlik Xidmətinə aid gəmi qaçqınları daşıyan qayıqla toqquşub, nəticədə biri uşaq olmaqla üç nəfər itkin düşüb, altı adam yaralanıb.

Yunanıstan xəbər agentliyi ANA-MPA-nın yazdığına görə, hadisə zamanı qayıqda 34 qaçqın olub.

Hazırda axtarma-xilasetmə işləri davam edir. Dənizdən və havadan davam edən axtarma-xilasetmə işlərinə Avropa Sərhəd Qoruma Agentliyinə (Frontex) məxsus gəmi, üç Yunanıstan Sahil Təhlükəsizlik Xidməti və bir “Super Puma” vertolyotu sövq edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır