• Bakı, 2019-11-12,
Seanews
Heyder Eliyev

Sakit okeanda II Dünya Müharibəsinə aid gəminin qalıqları tapılıb

Sakit okeanda Havay adalarının şimal-qərbində II Dünya Müharibəsində batan aviadaşıyıcı gəminin qalıqları tapılıb.

ABŞ Dəniz Qüvvələrinin Tarixi və Miras Komandanlığı ilə “Vulcan Inc” dərin dəniz araşdırma şirkətinin rəsmiləri bildiriblər ki, gəmi II İkinci Dünya Müharibəsində Yaponiya ilə ABŞ arasında Midway dəniz döyüşündə batan Yaponiyaya aid "Akagi" gəmisidir.

Radarlarla təchiz olunmuş xüsusi pilotsuz sualtı vasitə ilə aparılan işlər nəticəsində gəminin 5 min 490 metr dərinlikdə olduğu müəyyənləşib.

Ötən həftə tədqiqatçılar eyni bölgədə başqa bir təyyarə daşıyıcının qalıqlarını tapmışdı.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır