Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

"Titanik"i inşa edən tərsanənin batmasının qarşısı alınıb

1912-ci ildə 2340 sərnişinlə ilk səyahətinə çıxan və aysberqlə toqquşaraq batan “Titanik” gəmisini inşa edən “Harland and Wolff” tərsanəsi batmaqdan xilas olunub. “InfraStrata” şirkəti 6 milyon funt sterlinq qarşılığında tərsanənin hissələrini satın alıb və onun batmasının qarşısını alıb.

Digər tərəfdən anlaşma nəticəsində 79 işçi, o cümlədən “Harland and Wolf” şirkətinin rəhbərləri işsizlikdən xilas edilib.

Tarixi 1861-ci ilə dayanan “Harland and Wolff”u satın alan “InfraStrata” limanlardakı fəaliyyətinə 2020-ci ilin birinci rübündə başlamağı planlaşdırır.

Qeyd edək ki, “Harland and Wolff” tərəfindən başladılan “Islandmagee” qaz anbarı layihəsi də “InfraStrata”-nın tərkibində olacaq. Bu layihə tamamlandıqdan sonra 500 milyon kubmetr qaz saxlaya biləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır