class="content-title">ABŞ sahillərində qəzaya uğrayan gəminin heyət üzvlərinin hamısı xilas edilib
Cənubi Koreyaya məxsus olan “Golden Ray” yük gəmisinin ABŞ-ın Corciya ştatının sahilləri yaxınlığında qəzaya uğraması nəticəsində itkin düşmüş 4 dənizçinin hamısı xilas edilib.
Hamısı Cənubi Koreya vətəndaşı olan 20 nəfər sentyabrın 8-də baş verən qəzadan dərhal sonra Birləşmiş Ştatların Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən helikopter vasitəsilə xilas ediliblər. Amma qəzadan sonra alovlanan gəmidən maşın hissəsində qalmış 4 nəfəri xilas etmək həmin gün mümkün olmayıb. Xilasedicilərin gərgin əməyi sayəsində qəzadan 30 saat sonra, sentyabrın 10-da itkin düşən 4 ekipaj üzvü də tapılaraq xilas ediliblər. Onlar tibbi müayinə üçün hospitala yerləşdiriliblər.
Cənubi Koreyanın Prezident ofisi dənizçilərin xilas edilməsinə görə ABŞ Sahil Mühafizə Xidmətinə təşəkkür edib.