Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Türkiyədə yaxta oğurluğu ilə məşğul olan dəstə tutulub

Türkiyənin Marmaris şəhərində “GMM Yatçılık”a aid Jeanneau 64 modeli “Ghost 3” (“Hayalet 3”) adlı yelkənli yaxtanı 13 iyulda əcnəbi iki nəfər kirayə götürüb. Onlar yaxtanın izləmə cihazını sökərək qaçırıblar. 19 iyulda kirayə müddəti başa çatsa da, yaxta təslim edilməyib. Bundan sonra şirkət səlahiyyətliləri vəziyyəti Sahil Təhlükəsizlik Qüvvələrinə bildirib. 

Araşdırma nəticəsində yelkənli gəminin Türkiyə sularından çıxarıldığı bəlli olub. Bundan sonra axtarışa İnterpol cəlb edilib. Yaxtanı qaçıran dəstənin yaxalanması üçün axtarışlar aparılarkən, detallar üzə çıxmağa başlayıb. 

Cinayətkar şəbəkənin başında Rusiya Dəniz Qüvvələrindən təqaüdə çıxmış polkovnik Oleq Popilov, maliyyəçisinin isə Nikandrov Sergey Nikolayeviç olduğu müəyyənləşib. Vladimiroviç Sokolov adlı şəxs, iyulda “Ghost 3” adlı yelkənli gəmini kirayələyib. Gəmini oğurlayacaq 8 nəfər dəstə üzvü 11 və 12 iyulda iki qrup şəklində Dalaman Hava Limanından Türkiyəyə giriş ediblər. Marmarisdə bir çayxanada görüşəndən sonra ayrı-ayrılıqda üç oteldə qalıblar. Gəmini Aleksey Roşçanovski və Anatoli Şutov, Viktoriya Maskina və Dinara Anşakova adlı iki qadınla birlikdə kirayə götürdükləri avtomobillə gələrək sahildə təslim alıblar. 

Limandan 13 iyulda ayrılan yaxta həmin gün Marmarisin İçmələr səmtində dayanıb. Həmin gün kirayə müqaviləsi bağlayan iki kişi və iki qadın gəmidən ayrılaraq otelə gəliblər. 15 iyul axşam yaxtanın qaçırılması əməliyyatı başlayıb. Gəmidən sökdükləri elektron izləmə sistemini Marmarisdə gəzdikləri görüntüsü yaratmaq üçün uzaqdan idarə olunan oyuncaq gəmiyə bağlayıblar. Oyuncaq  gəmi Marmaris sularında gəzişərkən 16 iyulda “Ghost 3” Türkiyə sularından çıxarılıb. Həmin saatlarda Marmarisdə bir oteldə qalan iki kişi və iki qadın Dalaman və Milas hava limanlarından Moskvaya uçublar.

Gəmi təslim tarixində, 20 iyulda gətirilmədikdə, yaxtanı kirayə verən şirkət rəhbəri Haluk Pekşən, Sahil Təhlükəsizlik Qüvvələrinin Marmaris Qrup Komandanlığına məlumat verib. Prokurorluq oğru şəbəkənin tutulması üçün İnterpola müraciət edib.

Əldə olunan bütün görüntülər və sənədlər başqa ölkələrdə də eyni oğurluqları edən şəbəkənin ələ keçirilməsi üçün qonşu dövlətlərə göndərilib. Rusiya polisinin əməliyyatı ilə “Hayalet 3”ü qaçıran kapitan Anatoli Şutov Moskvada saxlanılıb.

Yaxta kirayələmə işi ilə məşğul olan şirkət rəhbəri Haluk Pekşən bildirib ki, dörd ildir ki, Ağ dənizdə faaliyyət göstərən Oleq Popilovun liderliyindəki cinayətkar dəstə 2018-ci ildə Ağ dəniz sularından 49 yelkənli gəmini oğurlayıb. Onun sözlərinə görə, bu ilin yayı ərzində isə 37 yaxta eyni üsulla oğurlanıb. Oğurlanan 37 gəmidən 6-sı tapılıb. Onun təxmininə görə Türkiyədən 15 yaxta oğurlanıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır