Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

“Yavuz”Kipr sahillərində qazıntıya başlayıb

İkinci türk qazma gəmisi “Yavuz” Kipr sahillərində qazıntı işlərinə başlayıb. Hazırda qazıntılar 1710 metr dərinliyə çatıb.

Bunu Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz bildirib.

Onun sözlərinə görə, işlər 2,5-3 ay davam edəcək: “Ümid edirik ki, nəzərdə tutulmuş dərinliyə çatdıqda təbii qaz tapacağıq”.

Nazir bildirib ki, Kiprin qərb sahilləri ətrafında yataqların kəşfiyyatı ilə artıq “Fatih” gəmisi məşğuldur: “Aralıq dənizinin şərq hissəsində neft-qaz yataqlarının kəşfinə ümumilikdə iki qazıntı və iki seysmik tədqiqat gəmisi cəlb olunacaq.

F.Dönməz vurğulayıb ki, rəsmi Ankara Türkiyənin və türk Kiprinin maraqlarını dəniz zonasında sonadək müdafiə etməyə hazırdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır