Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Okeanda batmaq təhlükəsi ilə üz-üzə qalan gəmi xilas olunub

Qərbi Afrika ölkəsi Kamerunun cənubunda yerləşən Kribi şəhərinin yaxınlığında Atlantik okeanında  batmaq təhlükəsi ilə üz-üzə qalan gəmi xilas edilib.

Yerli mətbuatın məlumatına görə, Benin bayraqlı gəminin köməyinə dəniz qüvvələri və yaxınlıqdakı Ebodge qəsəbəsinin sakinləri gəlib. Hadisə zamanı ölən və yaralanan olmayıb.  Xilas edilmiş işəxslər sərhəddəki Kampo şəhərinə göndərilib.

Qeyd edək ki, gəminin göyərtəsində Afrika ölkələri Toqo, Benin, Nigeriya və Qanadan olmaqla 106 adam olub. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır