Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-04-11,
Seanews
Heyder Eliyev

Filippin Sahil Mühafizəsi aşmış gəmidə köməksiz qalan mühəndisi xilas edib

Filippin Sahil Mühafizəsi 11 martda Sebu əyalətində aşmış yük gəmisi ilə bağlı xilasetmə əməliyyatı keçirib. "Theresa I" adlı kiçik yük gəmisi limanda yükvurma və balast boşaltma əməliyyatı zamanı müvazinətini itirərək çevrilib.

“Seanews.az” xəbər verir ki, gəmi aşarkən onu sahilə bağlayan kəndirlərdən biri qopub. Qopan kəndirin zərbəsi nəticəsində zavodun bir işçisi ağır yaralanıb və aparıldığı xəstəxanada həyatını itirib.

Gəmi çevrilən zaman mühəndislərdən biri maşın şöbəsində köməksiz qalıb. Hadisə yerinə gələn xilasedicilər gəminin daxilindən gələn səsləri eşidərək mühəndisi çıxarmağa nail olublar. Hazırda o, tibbi nəzarət altındadır. Gəmidəki digər 19 heyət üzvünün vəziyyəti yaxşıdır.

Sahil Mühafizəsi gəmidən yanacaq sızması ehtimalına qarşı əraziyə 100 metrlik neft bumu yerləşdirib. Hadisənin dəqiq səbəbləri ilə bağlı araşdırma aparılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır