Türkiyə bayraqlı “Paksoy 1” adlı gəmiyə pirat hücumu olub
Nigeriya sularında Türkiyə bayraqlı “Paksoy 1” adlı gəmiyə pirat hücumu olub.
“Seanews.az” xəbər verir ki, dəniz quldurları kapitan və ikinci kapitan köməkçisi də daxil olmaqla 10 nəfər heyət üzvünü qaçırıblar.
Məlumata görə, gəmi Kamerundan Fil Dişi Sahilinə üzürmüş. Hadisə zamanı gəmi yüksüz olub.
Hazırda heyətin sərbəst buraxılması üçün işlər aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır