İndoneziyada Malayziyaya gedən konteyner gəmisi limana çırpılıb
İndoneziyanın “Semarang” limanında “Soul of Luck” adlı konteyner gəmisi sahilə çırpılıb.
Adıçəkilən gəmi Malayziyanın “Klang” Limanı istiqamətində hərəkət edirmiş.
Hadisə gəminin idarəetməni itirməsi üzündən baş verdiyi bildirilir.
Gəminin limana çırpılması ciddi dağıntılara səbəb olub.
Yerli dövlət rəsmiləri qəzada ölənlərin olmadığını bildirib. Xəsarət alan bir nəfər heyət üzvü xəstəxanaya yerləşdirilib.
Hazırda limana giriş-çıxış müvəqqəti olaraq bağlanılıb.
APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır