Nəhəng gəminin Çanaqqala boğazından keçidi 4 saat davam edib
Süveyş kanalından yola çıxan 399 metrlik "MSC İstanbul" adlı nəhəng konteyner gəmisi Çanaqqala boğazından keçib. Gəminin boğazdan keçidi təxminən 4 saata tamamlanıb.
"Seanews.az" xəbər verir ki, keçid zamanı "MSC İstanbul"a Sahil Təhlükəsizlik İdarəsinə aid iki ədəd yedək gəmisi kömək edib.
Nəhəng gəmi boğazı keçdikdən sonra Yarımca limanına doğru irəliləyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır