Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

class="content-title">Vyetnamın balıqçı gəmisi batan Çin qayığının bütün heyətini xilas edib

Vyetnama məxsus balıqçı gəmisi Cənubi-Çin dənizində, Nanşa adası yaxınlığında kəskin hava şəraiti səbəbindən qəzaya uğrayaraq batan Çinə məxsus balıqçı qayığının 32 ekipaj üzvünü xilas edib.

Haynan əyalətinin Syunhay qəzasında qeydiyyata alınan balıqçı qayığı yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə 02:00) həyəcan siqnalı verib və bundan sonra onunla əlaqə kəsilib. İnsidentdən dərhal sonra miqyaslı xilasetmə əməliyyatı başlayıb. Əməliyyata hərbçilər, kommersiya gəmiləri və aviasiya da cəlb edilib.

Sonradan məlum olub ki, qayığın ekipaj üzvləri Vyetnama məxsus balıqçı gəmisi tərəfindən xilas edilib. Hadisə nəticəsində ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.

Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır