Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Kruiz səfərlərinə çıxan bu hərbi gəmi muzey kimi də fəaliyyət göstərir

“Jeremiah Obrien” adlı bu hərbi gəmi 1943-cü ildə cəmi 56 günə tikilib. II Dünya Müharibəsindən qalan nadir nüsxələrdəndir.

“Pier 45”-də sərgilənən ikinci hərbi gəmidir. Gəminin içərisində muzey də fəaliyyət göstərir. Burada Normandiya əməliyatı zamanı istifadə edilən avtomobil və hərbi texnika sərgilənir. Girişi 20 dollardır.

Gəmidə olarkən onun tamamilə işlək vəziyyətdə olan maşın şöbəsinə də tur etmək mümkündür.

Gəmi-muzeyin digər maraqlı tərəfi odur ki, o, ilin müxtəlif vaxtlarında qısa müddətli kruiz səfərlərinə də çıxır. Musiqili və əyləncəli tədbirlərin keçirildiyi həmin günlərdə gəmiyə giriş qiyməti 150 dollardan başlayır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır