250 baş inəyi daşıyan gəmi saya oturub
Çili sularında 250 baş inəyi daşıyan Ro-Ro tipli gəmi kapitanın özünə qəsdindən sonra saya oturub
“Seanews.az” xəbər verir ki, gəmidən inəkləri xilas etmək üçün “ship-to-ship” əməliyyatı həyata keçirilib. Heyvanların bir hissəsi çıxarılaraq başqa bir Ro-Ro gəmisində liman yaxınlığında təhlükəsiz yerə gətirilib. Yaxında üzən digər gəmilərin də əməliyyata kömək etməsinə baxmayaraq hadisə itkisiz ötüşməyib. Təxminən 40 heyvan hadisə nəticəsində məhv olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır