Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Türkiyənin “Yavuz” kəşfiyyat-qazma gəmisi təyinat rayonuna çatıb

Türkiyənin Aralıq dənizinə yola saldığı “Yavuz” kəşfiyyat-qazma gəmisi təyinat rayonuna çatıb.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda, həmçinin Türkiyənin Aralıq dənizindəki fəaliyyətinin beynəlxalq hüquqa əsaslandığı bildirilir.

Qeyd edilir ki, Türkiyənin Aralıq dənizindəki fəaliyyəti Şimalı Kiprin razılığı ilə beynəlxalq hüquqa əsaslanır və BMT-nin müəyyən etdiyi bölgü əsasında ayrılan sahəni əhatə edir. “Yavuz” gəmisi Şimali Kiprin Karpaz yarımadasının cənubundakı sahələrdə karbohidrogen ehtiyatlar üzrə kəşfiyyat-qazma işləri aparacaq.

Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır