Limana bərkidilmiş qayığı ildırım vurub
Amerika Birləşmiş Ştatlarında fırtına zamanı ildırım limana bərkidilmiş bir qayığın üzərinə düşüb.
Hadisə Massaçuset əyalətinin Boston şəhərinin cənubundakı limanların birində baş verib. Həmin anı həvəskar fotoqraflar lentə alıb.
Mətbuatda yer alan məlumata görə, hadisə zamanı qayıq boş olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır