class="content-title">Türkiyə sularında ABŞ bayrağı ilə üzən qayıqda yanğın olub
Türkiyənin Muğla vilayətinin Fethiye rayonunun sahil sularında ABŞ bayrağı ilə üzən yelkənli və motorlu qayıqda yanğın baş verib.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, yanğın “Delmar” adlı 21 metr uzunluqu qayığın mühərrikindən başlayıb. Ərazidəki yanğınsöndürən qayıqların da müdaxiləsi sayəsində alov söndürülüb. Yanğının ətrafdakı qayıqlara keçməsinin qarşısı alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır