class="content-title">Rusiyada dərinlik aparatında yanğın nəticəsində 14 dənizçi həlak olub
Rusiya Federasiyası sularında dərinlik aparatında baş verən yanğın nəticəsində 14 dənizçi həlak olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı günü Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə iyulun 1-də Rusiyanın ərazi sularında dünya okeanının təkini öyrənmək üçün nəzərdə tutulan elmi-tədqiqat dərinlik aparatında baş verib. Nazirlikdən bildiriblər ki, dənizçilərin ölümünə tüstü zəhərlənməsi səbəb olub. Komandanın fədakar fəaliyyəti nəticəsində yanğın söndürülüb.
Hazırda dərinlik aparatı Severomorsk hərbi-dəniz bazasındadır. Hadisənin səbəbi müəyyənləşdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır